Ana Sayfa > Karusel / Maraqlı / M2 > Zəfəran bağlarını kim yox etdi? - Ən gəlirli sahənin tənəzzülü...

Zəfəran bağlarını kim yox etdi? - Ən gəlirli sahənin tənəzzülü...


23-06-2017, 11:01. Yazar: Xeberaz
Zəfəran bağlarını kim yox etdi?

Dünya bazarlarında daim tələbat olan ədviyyatlar sırasında zəfəran da xüsusi yer alır.
Bu ədviyyatın tonu 3 milyon dollardan baha qiymətə satılır. Əvvəllər Azərbaycanda da zəfəran kifayət qədər istehsal olunurdu. Bu ədviyyatın xüsusi özəlliyi hər torpaqda bitməməsidir. Bu baxımdan ölkəmizdə Abşeron rayonu məşhurdu. Son illərdə bu sahənin inkişafına maraq azalmaqdadı. Bu qədər gəlirli olmasına baxmayarq, niyə zəfərançılıq inkişaf etdirilmir?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, Sovet dövründə zəfəran Azərbaycanda və Özbəkistanda da istehsal olunurdu. Hazırda ölkəmizdə bu təsərrüfat Abşeron rayonunun Bilgəh və Binə qəsəbələrində sahibkarlar tərəfindən davam etdirilir. İndi zəfəran yalnız özəl təsərrüfatlarda əkilir.
M. Hacıyev əlavə edib ki, gəlirli olduğundan bu sahəyə maraq artmaqdadır.
(metbuat.az)
Geri dön