Ana Sayfa > Karusel / İdman > Çində əcnəbi futbolçu transfer qaydası sərtləşdirildi

Çində əcnəbi futbolçu transfer qaydası sərtləşdirildi


23-06-2017, 09:49. Yazar: Xeberaz

Son 18 ayda Çində transfer rekordlarının işıq sürətilə təzələnməsi yerli futbol federasiyasını müəyyən nizamlayıcı tədbirlər görməyə vadar edib
. Qurum səs-küylü transferlərin çinli gənclərin yetişməsinə mane olduğu fikrini əsas tutaraq klublar üçün vergi qaydalarını sərtləşdirib. Bundan sonra 5.2 milyon funtdan böyük qiymətə xarici futbolçu transfer edən klub mərkəziinkişaf fonduna məbləğin 100 faizi həcmində vergi ödəməli olacaq. Fondun vəsaiti yerli və istedadlı gənclərin proqressinə yönəldiləcək. Çində yay transfer pəncərəsi bu həftə açılacaq. Ötən dönəmlərə nisəbət bu dəfə diqqət cəlb edəcək transferlər gözlənilmir. Qeyd edək ki, qışda Çin klublarının transfer xərcləri 331 milyon funt təşkil etmişdi. 


Geri dön