Ana Sayfa > Karusel / Şou-Biznes > Səmranın anası: "Qızımın sponsoru özüməm"

Səmranın anası: "Qızımın sponsoru özüməm"


22-06-2017, 21:11. Yazar: Xeberaz

Xəbər verdiyimiz kimi, müğənni Səmra Rəhimli ötən gün media nümyəndələrini başına yığaraq yeni klipini təqdim edib.
Tədbirdə sənətçinin anası İlahə Baxşıyeva da fotokameralara tuş gəlib.
İ.Baxşıyeva bildirib ki, qızının prodüserliyini edir. O, həm də övladının sponsorluğunu özünün etdiyini söyləyib:
"Səmranın bütün geyimi, obrazı üzərində özüm işləmişəm. Hətta maliyyələşdirən də mənəm. Klipdə yer alan it Səmranındır. Onu özüm çəhrayı rəngə boyamışam".
Qeyd edək ki, İ.Baxşıyeva "Miss Şarm Azərbaycan-2003" müsabiqəsinin qalibi olub.


Geri dön