Ana Sayfa > Karusel / Şou-Biznes > Qəndab Quliyevanın həkimi: "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur" - YENİLƏNİB

Qəndab Quliyevanın həkimi: "Vəziyyəti stabildir, qorxulu heç nə yoxdur" - YENİLƏNİB


22-06-2017, 11:47. Yazar: Xeberaz

11:09
Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabildir.
Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinin Kardiologiya şöbəsinin rəhbəri Abbasəli Abbasəliyev məlumat verib.
Onun sözlərinə görə, xalq artisti ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib: "Düzdür, ağır xəstədir, amma vəziyyəti stabil qiymətləndirilir. Əlimizdəki parametrlər göstərir ki, orqanların funksiyası qaydasındadır. Eyni zamanda xroniki böyrək çatışmazlığı da var. Ürək çatışmazlığı ağır xəstəlik hesab olunur, amma hazırkı vəziyyəti stabildir, qorxulu heç nə yoxdur".
Abbasəli Abbasəliyev əlavə edib ki, xalq artistinin reanimasiyaya yerləşdirilməsinin səbəbi təkcə ürək çatışmazlığı deyil: "Psixoloji sıxıntıları var idi. Qəndab xanıma rahatçılıq olsun deyə reanimasiyaya yerləşdirdik. Çox güman ki, bir-iki gün reanimasiya şöbəsində qalacaq". 
----------
11:03
Xalq artisti Qəndab Quliyeva reanimasiyaya yerləşdirilməsi haqda xəbər vermişdik.
Xanəndənin vəziyyəti stabilləşib.
Xəbəraz.Az xəbər verir ki, Respublika Diaqnostika Mərkəzindən verilən məlumata görə, xalq artisti dünən xəstəxanaya gətirilib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.
Hazırda durumu stabilləşən xanəndə xəstəxanada müalicəsi davam etdirilir.
Geri dön