Ana Sayfa > Karusel / Səhiyyə > Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY. FAYDALARI

Qarğıdalı saçaqlarından MÜALİCƏVİ ÇAY. FAYDALARI


22-06-2017, 11:21. Yazar: Xeberaz
b_520_0_16777215_0___images_stories_Xalqtebateti_cay_54.jpeg
Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.
Belə çayın bir çox faydalı xüsusiyyətləri var:
- Sidikqovucu təsirə malikdir - böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır.
- Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır.
- Qanda şəkərin səviyyəsini aşağı salır.
- Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır.
- Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir.
- Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir.
- Onkoloji xəstəlilərinin inkişafı riskini azaldır.
Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz.
(saglamolun.az)
Geri dön