Ana Sayfa > Karusel / İdman > “Barselona”: Verratti olmasın, Kondoqbia olsun

“Barselona”: Verratti olmasın, Kondoqbia olsun


22-06-2017, 10:57. Yazar: Xeberaz

PSJ-nin yarımmüdafiəçisi Marko Verrattini transfer etməkdə çətinlik çəkən “Barselona” rəhbərliyi diqqəti başqa futbolçuya yönəldib. Apasport.az saytı ESPN-ə istinadən xəbər verir ki, Kataloniya klubu alternativ variant kimi, “İnter”in üzvü Joffrey Kondoqbia ilə maraqlanır.
 
“Barsa”nın transfer işləri ilə məşğul olan nümayəndəsi Ariedo Brayda qarşı tərəflə təmasa keçib. “İnter” rəsmiləri bu təklifi hələlik cavablandırmayıblar. Bununla belə, Kondoqbianın İspaniyaya köçmək ehtimalı yüksək dəyərləndirilir.
 
Qeyd edək ki, Fransa yığmasının da üzvü olan 24 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “İnter”in formasını geyinir. O, “neradzurra”nın heyətində bu vaxta qədər 56 oyunda 2 qola imza atıb.


Geri dön