Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Xəbəraz TV > Öldürülən 5 yaşlı qızın atası danışdı - VİDEO

Öldürülən 5 yaşlı qızın atası danışdı - VİDEO


21-06-2017, 19:40. Yazar: Xeberaz

Qusarda 5 yaşlı qızın anası tərəfindən zəhərlənərək öldürülməsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.
Gülnarə Saypullayeva qızı 5 yaşlı Luizanın südünə zəhər qatdıqdan sonra qızın halı pisləşib.
Özünü itirən qadın bu barədə uşağın atası Bəxtiyara məlumat verib: "Ayın 14-ü günorta burda oynayan uşaq idi. Mən də mallara baxmağa getmişdim. Bir saat olmadı, gəldi mənim yanıma ki, uşaq ölüb. Mən də gəlib gördüm ki, uşağın vəziyyəti pisdir, xəstəxanaya apardım. Bir saat keçmədi uşaq rəhmətə getdi. Anası özü zəhərləyib dərmanla. Malları saxlayırıq, iki aydır işləyirdik".
Xəstəxanaya çatdırılmasına baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Təyin olunan ekspertizanın nəticələrinə görə, 5 yaşlı uşağın zəhərlənərək öldürüldüyü məlum olub. Polis tərəfindən saxlanılan Gülnarə övladının niyə öldürdüyünü açıqlaya bilməyib.




Geri dön