Ana Sayfa > Karusel / İdman > "Arsenal"dan türk futbolçuya görə 30 milyon avro

"Arsenal"dan türk futbolçuya görə 30 milyon avro


21-06-2017, 13:02. Yazar: Xeberaz


"Arsenal" Arda Turanın xidmətlərindən maraqlıdır.Xəbəraz.Az xəbər verir ki, "topçular" 30 yaşlı yarımmüdafiəçini 30 milyon avroya sıralarına qatmağa ümid edir. Onunla "İnter" və bəzi Çin klubları da maraqlanır. "Barcelona" Ardanın transferindən 41 milyon avro qazanmaq istəyir. Lakin onun Türkiyə millisində çıxışını başa vurması və son vaxtlar optimal formadan uzaq olması qiymətində enməni qaçılmaz edir. Futbolçunun katalon klubu ilə müqaviləsi 2020-ci ildə başa çatmalıdır. Ötən mövsüm Primerada 18 oyuna çıxan yarımmüdafiəçi 3 qol, 3 məhsuldar ötürmə edib. 


Geri dön