Ana Sayfa > Karusel / Gündəm > Leysan və dolu - SABAH

Leysan və dolu - SABAH


21-06-2017, 12:01. Yazar: Xeberaz



 
İyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 18-20°, gündüz 22-25°, Bakıda gecə 18-20°, gündüz 23-25° isti olacağı gözlənilir.
 
 
Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.
 




Geri dön