Ana Sayfa > Karusel / Gündəm > Yağış yağacaq

Yağış yağacaq


20-06-2017, 13:21. Yazar: Xeberaz




Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturu gecə 18-21°, gündüz  24-28°, Bakıda gecə  18-20°, gündüz  26-28° isti olacağı gözlənilir.
 
Sabah rayonlarda bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21°, gündüz  26-31°, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.
 
İyunun 23-dək Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü fonunda gündüz komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 




Geri dön