Ana Sayfa > Karusel / Hadisə > ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb


20-06-2017, 10:38. Yazar: Xeberaz
abs sefirliyinin avtomobili bakida qezaya dusub
Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
 
apa-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
Geri dön