Ana Sayfa > Karusel / Dünya / M2 > Mətbuat katibi Qafqazda “İŞİD əsgərlərini” təbrik edib.

Mətbuat katibi Qafqazda “İŞİD əsgərlərini” təbrik edib.


25-06-2015, 14:04. Yazar: Xeberaz
Mətbuat katibi Qafqazda “İŞİD əsgərlərini” təbrik edib.

İŞİD Azərbaycan ilə sərhəddə vilayət yaradır


İŞİD terror təşkilatının mətbuat katibi Abu Məhəmməd əl-Adnani Şimali Qafqazda yeni administrativ vilayətin yaradıldığını elan edib.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, qərbi KİV-in məlumatına əsasən, terrorçuların bu regionda lideri Abu Məhəmməd əl-Adnani təyin edilib.

Mətbuat katibi həmçinin Qafqazda “İŞİD əsgərlərini” təbrik edib və onlara təşəkkür edib.

Institute for the study of war institute nəşri qeyd edir ki, Əl-Adnanainin bu bəyanatı iyunun əvvəlində sosial şəbəkələrdə peyda olmuş müraciətə cavab hesab edilə bilər.

Beləliklə, şəbəkədə Çeçenistan, İnquşetiya, Dağıstan və KBR gizli terror təşkilatının rəhbəri Abu Bəkr əl-Bağdadiyə sədaqət andı içib.

Daha öncə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib ki, tanınmış islam alimləri İŞİD-i “İslam dövləti” adlandırmağın düzgün olmadığını hesab etdiklərini bəyan etmişdilər və təşkilatı “İblis dövləti” təşkilatı adlandırmağı təklif etmişdi.
Geri dön