Ana Sayfa > Karusel / Hadisə > Bakıda bazarda satıcılar arasında QANLI DAVA

Bakıda bazarda satıcılar arasında QANLI DAVA


19-06-2017, 12:51. Yazar: Xeberaz



Bakıda bazarda bıçaqlanma hadisəsi baş verib. Xəbəraz.Az xəbər verir ki, Suraxanı rayonunda yerləşən bazarda satıcı kimi fəaliyyət göstərən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
 
Məlum olub ki, Ş.Məmmədovu bazarda satıcı kimi işləyən 29 yaşlı Elnur Hacıyev bıçaqlayıb və o saxlanılıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.


Geri dön