Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD Qafqaza turist kimi gəlir

İŞİD Qafqaza turist kimi gəlir


25-06-2015, 13:53. Yazar: Xeberaz
İŞİD Qafqaza turist kimi gəlir
Silahlı qruplaşma Əbu Muhammed əl-Kadarini bölgəyə rəhbər təyin edib.
İŞİD üzvləri Türkiyə Rusiya sərhədini pasportunu itirmiş turistlər kimi keçirlər.

ANS PRESS-in məlumatına görə, bu barəə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov bildirib. Onun sözlərinə görə, İŞİD üzvləri pasport almaq üçün Rusiya diplomatik missiyasına müraciət edirlər. İŞİD-in Rusiya üçün ciddi problem olduğunu vurğulayan Lukyanov “Onlar artıq qayıdırlar”,- deyə vurğulayıb.

Həmçinin, İŞİD-in Rusiyaya qarşı ərazi iddiası olduğu barədə məlumat yayılıb. Təşkilat Şimali Qafqazı öz ərazisi sayır və vilayətə başçı kimi Əbu Muhammed əl-Kadari təyin edilib. Bu barədə Institute for the Study of War (ISW) qeyri-hökumət təşkilatı İŞİD liderlərindən biri olan Əbu Muhammed əl-Adnaniyə istinadən bildirir.

Bu bəyanat Qafqazdakı silahlıların bütünlüklə İŞİD-ə və onun başçısı Əbu-Bəkr əl-Bağdadiyə biət etməsi barədə yayılan xəbərdən sonra verilib. Çeçenistan, Dağıstan, Kabarda-Balkar, İnquşetiya bölgələrini əhatə edən “İmarət Qafqaz” təşkilatı əl-Bağdadiyə sadiqlik andı içiblər.

Geri dön