Ana Sayfa > Karusel / Hadisə / Dünya > İtkin düşmüş ABŞ dənizçilərinin meyiti tapıldı

İtkin düşmüş ABŞ dənizçilərinin meyiti tapıldı


18-06-2017, 08:45. Yazar: Xeberaz


ABŞ-a məxsus “Fitzgerald” esmines gəmisinin Filippinin ticarət gəmisi ilə toqquşması nəticəsində itkin düşmüş hərbi dənizçilərin meyiti aşkarlanıb. Cəsədlər gəminin batmış hissəsində tapılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın 7-ci donanmasının məlumatında bildirilir.   
 
Bundan əvvəl insident nəticəsində 3 xəsarət aldığı, 7 nəfərin itkin düşdüyü bildirilmişdi.  
 
Qeyd edək ki, ötən gün Yaponiyanın Sidzyola prefekturasının Simoda limanı yaxınlığında (sahildən 20 km aralıda)  ABŞ-a məxsus “Fitzgerald” esmines gəmisi  Filippinin ticarət gəmisi ilə toqquşub. 




Geri dön