Ana Sayfa > Karusel / Gündəm / M2 / Foto-fakt > Sabah leysan, dolu yağacaq

Sabah leysan, dolu yağacaq


25-06-2015, 13:39. Yazar: Xeberaz
Sabah leysan, dolu yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib.
İyunun 26-dan 28-dək Abşeron yarımadasının bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakteri alacağı, dolu düşəcəyi ehtimal olunur.

Xeberaz.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Abşeron yarımadasında havanın temperaturu gecə 22-26˚, gündüz 31-36˚ isti olacaq.

Azərbaycanın rayonlarında da iyunun 26-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 20-25˚, gündüz 35-40˚, dağlarda gecə 15-20˚, gündüz 24-29˚ isti olacaq.
Geri dön