Ana Sayfa > Karusel / Gündəm > Sabaha olan HAVA PROQNOZU

Sabaha olan HAVA PROQNOZU


17-06-2017, 12:36. Yazar: Xeberaz


İyunun 18-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. ETSN-dən  verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-17° isti, gündüz  22-27° isti, Bakıda gecə  15-17° isti, gündüz  25-27° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 12-17° isti, gündüz  26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
 





Geri dön