Ana Sayfa > Karusel / Hadisə > Biləsuvarda yanğında 8 yaşlı uşaq ölüb, anası ağır xəsarət alıb - YENİLƏNİB

Biləsuvarda yanğında 8 yaşlı uşaq ölüb, anası ağır xəsarət alıb - YENİLƏNİB


17-06-2017, 11:40. Yazar: Xeberaz



Daxili İşlər Nazirliyi Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən yanğın haqqında məlumat yayıb.
 
Apa-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.
 
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N. Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.
 
Uşaq orada ölüb, G. Məmiyevanın vəziyyəti orta-ağırdır. 
 
Araşdırma aparılır.
 
***
 
16 iyun saat 19.13
 
Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanıb.
 
Apa-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



Geri dön