Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 / Fotogalereya > Bakıda yanan binanın içindən son görüntülər (VİDEO)

Bakıda yanan binanın içindən son görüntülər (VİDEO)


25-06-2015, 13:21. Yazar: Xeberaz
Bakıda yanan binanın içindən son görüntülər (VİDEO)
Bu gün 15 nəfərə məzar olan binadakı yanğından 40 gün ötür.
Bu gün paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli binanın yanmasından 40 gün ötür.

Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər həmin binada olub və binanın son vəziyyəti ilə maraqlanıb. Hazırda bina əsaslı təmir edilir.

Tanınmış aparıcı binada yaxınlarını itirənlərin bəzilərini studiyaya dəvət edib və həmin gün yaşananlara, onların ağrı-acısına bir daha ortaq olub.

Qeyd edək ki, Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın hadisəsi fasaddan başlayıb. Binanın fasadı tezalışan maddə ilə üzləndiyindən alov qısa zamanda yayılıb. Nəticədə 15 nəfər ölüb, onlarla insna yaralanıb. Ölənlərdən dördü azyaşlı olub.

Binada yaşamaq mümkün olmadığından sakinlər müvəqqəti olaraq dövlət hesabına kirayə mənzillərdə məskunlaşdırılıb.

Geri dön