Ana Sayfa > Karusel / Hadisə > Elçilərinə “yox” dedilər - O da qızın atası ilə əmisini döydü

Elçilərinə “yox” dedilər - O da qızın atası ilə əmisini döydü


16-06-2017, 15:48. Yazar: Xeberaz
Elçilərinə “yox” dedilər

Bakıda evlənmək istəyən oğlan onun elçilərinə “yox” cavabı verən qızın atasını və əmisini döyüb.
"Xəbəraz.Az" “report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Həsən Məhəmmədzadə Lənkəran rayon sakini, qızını ona verməyən Mehman Əliyevin Mərdəkan qəsəbəsindəki evinə hücum edərək onu və qardaşını döyüb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Geri dön