Ana Sayfa > Karusel / Şou-Biznes > Oksana Rəsulova “Maşın” şou haqqında BÜTÜN HƏQİQƏTİ AÇDI

Oksana Rəsulova “Maşın” şou haqqında BÜTÜN HƏQİQƏTİ AÇDI


16-06-2017, 12:56. Yazar: Xeberaz
Oksana Rəsulova “Maşın” şou haqqında BÜTÜN HƏQİQƏTİ AÇDI
“Maşın şou”nun finalına qədər gəlib çıxan, lakin qalib ola bilməyən aktrisa və rəqqasə Oksana Rəsulova veriliş haqqında təəssüratlarını sosial şəbəkədə paylaşıb.
Tanınmış ulduz bu verilişdən böyük təcrübə və həyat dərsi çıxardığını etiraf edib:
"Bu gözəl televiziya şousuna görə peşəkar teleaparıcı, şoumen, aktyor və sadəcə yaxşı insan Murad Dadaşova çox böyük təşəkkürümü bildirmək istəyirəm. Bəziləri düşünür ki, bu veriliş yalnız maşın uğrunda oyundur, yaxud sadəcə olaraq qurulmuş piar və ya antipiardır. Bəli, sözsüz ki, maşın mükafatı çox böyükdür, lakin piarı və antipiarı çox asan yolla da qazanmaq olar! Amma bir nüans var: bu, real oyundur və bu oyunda nə baş verirsə, realdır. Oyunçunun kim olmasından asılı olmayaraq onun bütün üzü açılır və insan özünü olduğu kimi göstərir. Bu, oyunda ən dəyərli məqamdır. Mən özüm üçün çox nəticə çıxardım. Necə deyərlər beşikdən məzara kimi öyrən... Ancaq təəssüf ki, həyatı biliklərə görə deyil, həyatın öz qanunlarına və insanların mahiyyətinə görə öyrənməli oluruq”.publika




Geri dön