Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya > Ölənlərin sayı artır - Londonda yanğın faciəsi

Ölənlərin sayı artır - Londonda yanğın faciəsi


15-06-2017, 18:21. Yazar: Xeberaz
Ölənlərin sayı artır

Xəbər verdiyimiz kimi İngiltərənin paytaxtı Londonda 24 mərtəbəli “Grenfell Tower” binasında güclü yanğın baş verib.
İlkin məlumata görə, yanğında 12 nəfər ölmüş, 68 nəfər isə yaralanmışdı.
Vəziyyəti ağır olan 18 nəfərdən daha 5 nəfəri isə bu gün ölüb. Beləliklə, yanğın faciəsində ölənlərin sayı 17-yə çatıb.
Tibb işçiləri bəzi cəsədlərin tanınmaz halda olduğunu və onların kimliyinin dəqiqləşdirilməsinin günlər, hətta həftələrlə çəkə biləcəyini söyləyiblər.
Evi yanan 44 ailə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Geri dön