Ana Sayfa > Karusel / İdman > “Barselona”da yeni müqavilə

“Barselona”da yeni müqavilə


15-06-2017, 10:14. Yazar: Xeberaz



“Barselona” klubun B komandasında top qovan müdafiəçi Marlon Santosla yeni müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, klubdan edilən açıqlamada 21 yaşlı futbolçuyla 3 illik anlaşma əldə olunduğu qeyd edilib.
 
Son mövsümdə “Barselona”nın B komandasında 25 oyuna çıxan braziliyalı futbolçu, əsas komandada da oynamaq şansı qazanıb.
 
Belə ki, ötən il katalonların baş məşqçisi Luis Enrike Santosa 3 matçda şans vermiş, gənc futbolçu sərgilədiyi oyunla diqqət mərkəzinə düşmüşdü.


Geri dön