Ana Sayfa > Karusel / Hadisə > "Prado" çaya aşdı: yaralılar var - QUBADA

"Prado" çaya aşdı: yaralılar var - QUBADA


14-06-2017, 11:14. Yazar: Xeberaz

Quba-Xınalıq yolunun Minarə adlanan hissəsində "Toyota Prado" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirərək çaya aşıb.
Nəticədə avtomobildə olan 3 nəfər xəsarət alıb.
Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər maşında olan sərnişin - 2002-ci il təvəllüdlü, Qubanın Kələnov kənd sakini Babayeva Zeynəb Nəcməddin qızına onurğa sütununun sınığı diaqnozu qpyublar. Avtomobildə olan digər iki nəfər ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.(report)


Geri dön