Ana Sayfa > Karusel / Təhsil / Foto-fakt > N.Tusi adına 12 saylı tam orta məktəbdə möhtəşəm bayram keçirilib - Foto

N.Tusi adına 12 saylı tam orta məktəbdə möhtəşəm bayram keçirilib - Foto


13-06-2017, 22:36. Yazar: Xeberaz


Ötən gün Sumqayıt şəhərində yerləşən Nəsrəddin Tusi adına 12 saylı tam orta məktəbdə birincilər möhtəşəm bayram keçirdilər.1R2 sinif şagirdləri sinif rəhbəri Marina müəllimənin təşəbbüsü ilə çox maraqlı və şən bayram qeyd etdilər. Tədbir məktəbə həsr olunmuş mahnı ilə başladı. Birincilər müxtəlif maraqlı səhnəciklər nümayiş etdirdilər, rəqs edib və mahnılar oxudular. Səhnəciklər rəngarəng olduğu üçün möhtəşəm bayram yaddaqalan oldu. Məktəbinin direktoru Mətanət xanım başda olmaqla digər müəllimlər də birinciləri təbrik etmək üçün tədbirə təşrif buyurdular. Onlar eyni zamanda öz ürək sözlərini deyərək birincilərə gələcək həyatlarında uğurlar dilədilər.



Geri dön