Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakı məktəbində uşaqlar ölümlə üzləşdi: sinif otağının tavanı çokdü - FOTO

Bakı məktəbində uşaqlar ölümlə üzləşdi: sinif otağının tavanı çokdü - FOTO


13-06-2017, 13:42. Yazar: Xeberaz

Ramana qəsəbəsi 198 saylı orta məktəbdə sinif otaqlarından birinin tavanı çökərək məktəb partalarının üzərinə tökülüb.
Xoşbəxtlikdən həmin vaxt tənəffüs olduğu üçün sinif otağında heç bir şagird olmayıb. Əks halda faciə yaşanacağı qaçılmaz olardı. Ötən gün baş verən hadisə ilə bağlı Təhsil Nazirliyi və Təhsil idarəsi ilə əlaqə saxladıq.
Nazirliyin mətbuat xidməti Cəsarət Valehoğlu bildirib ki, məsələ ilə bağlı araşdırılma aparılır və qısa müddət ərzində həmin məktəb təmir olunacaq.
 
Qeyd edək ki, məktəb binası 1937-ci ildə inşa edilib. Son illər ərzində bircə dəfə də əsaslı təmir edilməyib. baku.ws





Geri dön