Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Azərbaycanlı aparıcı imicini dəyişdi: "Külli miqdarda pul xərcləyib..." - FOTOLAR

Azərbaycanlı aparıcı imicini dəyişdi: "Külli miqdarda pul xərcləyib..." - FOTOLAR


13-06-2017, 13:15. Yazar: Xeberaz




 
“Space” telekanalının aparıcısı Mələk Heydərova imicində dəyişiklik edib. Tünd rəngli saçlarını sarıya boyatdırıb:

“Düşündüm ki, yaya çox az qalıb, deməli, imicimdə dəyişiklik etmək lazımdır. Həm də biz efir adamlarıyıq, nə qədər maraqlı və dəyişik görünsək, tamaşaçıya bir o qədər xoş olur. Göz yormaq lazım deyil, hətta deyərdim ki, tamaşaçının gözünü “mazol” etmək olmaz. Salonlara külli miqdarda pul xərcləyib, israfçılıq etmərəm. Hər şey miqdarında, dəyərində olanda gözəl olur. Amma bir də görürsən, reklama gedib salonlarda bəzənib, sonra deyirlər ki, filan prosedura 1000 manata etmişəm. Bu gülüncdü. Mən də aparıcıyam, simam tanınmışdı, efir adamıyam. Reklama bəzənirəm də, düzənirəm də... Yeri gələndə ödənişli də nə lazımsa, salonlarda onu etdirirəm. Amma hər zaman bunu düzgün deyirəm, bəziləri kimi rola girib, yalan danışmağı xoşlamıram”.





Geri dön