Ana Sayfa > Karusel / Gündəm > Sabahın HAVAsı

Sabahın HAVAsı


13-06-2017, 13:07. Yazar: Xeberaz


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 14-də hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 17-22
dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyunun 14-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün, əsasən, əlverişli olsa da, iyunun 15-də gündüz atmosfer təzyiqinin qısa müddətə yüksəlməsi fonunda xəzri küləyinin güclənməsi bəzi insanlarda narahatlıq yarada bilər.


Geri dön