Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Mingəçevirdə ağır yol qəzası baş verib – FOTO

Mingəçevirdə ağır yol qəzası baş verib – FOTO


12-06-2017, 22:23. Yazar: Xeberaz



Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. 
Xəbəraz.az report-a istinadən verdiyi məlumata görə, qəza bu gün günorta saatlarında Heydər Əliyev meydanında qeydə alınıb.
Belə ki, “Daewoo” markalı, 10 PV 486 dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes” markalı, 66 BH 105 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. 
Nəticədə “Mercedes”də olan xanım sərnişin, 1989-cu il təvəllüdlü Qəbələ rayon sakini Zirinə Habil qızı Əsədova və  “Daewoo”da olan xanım sərnişin Ülviyyə Talıbova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 
Hər iki yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Z.Əsədovanın vəziyyətinin ağır olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır. 



Geri dön