Ana Sayfa > Karusel / İdman > "Qarabağ" klubu loqosunu dəyişir

"Qarabağ" klubu loqosunu dəyişir


12-06-2017, 19:38. Yazar: Xeberaz
"Qarabağ" klubu loqosunu dəyişir
"Qarabağ" futbol klubu Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət edib.
Müraciətdə klubun loqosundakı dəyişiklik haqqında məlumat əksini tapıb.
Rəsmi açıqlamada deyilir: “Qarabağ” Futbol Klubu ölkə çempionatında ardıcıl dördüncü dəfə çempion olmaqla ümumilikdə bu sayı 5-ə çatdırıb. Bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. “Qarabağ” FK bu praktikadan yararlanaraq loqomuzun üzərinə 1 ulduz əlavəsi yönündə fəaliyyətə keçib. Klubumuzun loqosunda digər bir dəyişiklik isə “FK Qarabagh” ifadəsinin “Qarabağ FK” ilə əvəzlənməsidir. Klubumuz bu dəyişikliklərlə bağlı artıq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə də müraciət edib".


Geri dön