Ana Sayfa > Karusel / Şou-Biznes > Kənan M.M-in həyat yoldaşı “Maşın Şou”dan danışdı: “Dəyməzdi”

Kənan M.M-in həyat yoldaşı “Maşın Şou”dan danışdı: “Dəyməzdi”


12-06-2017, 13:32. Yazar: Xeberaz

Müğənni Aygün Mahmudova həyat yoldaşı, rejissor Kənan Mahmudovun "Maşın şou"da iştirakından danışıb.
Ifaçınin dediyinə görə, şouda yaşananlara normal yanaşır: "Maşın Şou"ya hamı necə baxırsa, mən də elə baxıram. Orada olanlara çox normal yanaşıram. Sadəcə, Kənanın əsəbi anlarını gördüm. Amma şouya dəyməzdi. Kişinin əsəbləşməsi normaldır. Ümumiyyətlə, Kənanla bağlı hər şeyə normal baxıram. O, emosianal biri olsa da, evdə sakit və təmkinlidi. Əsas odur ki, şou-biznesdə baş verənlərin evə heç bir aidiyyatı yoxdur. Çöldə olanları evə daşımır".
Sənətçi yeni yaradıcılıq işlərindən də danışıb: "Yeni mahnılar yazdırmışam. Klip çəkilişi üçün hazırlaşırıq. Lirik mahnılarımdan birinə ekran həyatı verəcəyik. Klipimi Kənan ekranlaşdıracaq. Maraqlı iş ərsəyə gələcəyini düşünürəm".


Geri dön