Ana Sayfa > Karusel / İdman > Kapello Çində sərvət qazanacaq

Kapello Çində sərvət qazanacaq


11-06-2017, 23:30. Yazar: Xeberaz

Fabio Kapello özünə yeni iş yeri tapıb. apasport.az saytının məlumatına görə, məşhur italiyalı məşqçi Çində çalışacaq.
 
O, “Syanzu Sunin” klubunun təklifini qəbul edib. Nankinlilərlə ilyarımlıq müqavilə imzalayan Kapellonun illik qazancı 10 milyon avro olacaq.
 
Artıq onun köməkçiləri də bəllidir. Təcrübəli çalışdırıcı “Milan”da tələbəsi olduğu Canluka Zambrotta və “Breşiya”dakı yetirməsi Kristian Brokki ilə birlikdə işləyəcək.


Geri dön