Ana Sayfa > Karusel / Hadisə / Dünya > Azərbaycan şahının qılıncı oğurlandı - MUZEYDƏ CİNAYƏT

Azərbaycan şahının qılıncı oğurlandı - MUZEYDƏ CİNAYƏT


11-06-2017, 12:32. Yazar: Xeberaz



Dağıstanın "Kubaçi bədii kombinatı" Dövlət unitar müəssisəsi nəzdində yerləşən muzeydən 90-dan çox eksponat oğurlanıb.
 
Bu barədə Dağıstan Respublikası üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Hazırda hadisə yerində qarəti "isti izlərlə" açmağa çalışan əməliyyat-istintaq qrupu işləyir, əşyaların dəyəri müəyyənləşdirilir.
 
Oğurlanan əşyalar arasında, həmçinin 1736-1747-ci illərdə Azərbaycan və İran şahı olmuş Nadirin qılıncı, üzərində Stalin və Kremlin təsviri olan gümüş vazalar və s. olub.
 
DİN-in məlumatına görə, naməlum şəxslər muzeyə giriş qapısını qıraraq daxil olublar. Muzeydə siqnalizasiya və peşəkar mühafizə sistemi olmayıb.report





Geri dön