Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > DAMLANIN "SUPER AŞİK"İN GÖZOXŞAYAN – FOTOSESSİYA

DAMLANIN "SUPER AŞİK"İN GÖZOXŞAYAN – FOTOSESSİYA


10-06-2017, 20:03. Yazar: Xeberaz


Xəbər verdiyimiz kimi türkiyənin tanınmış müğənnisi Damla qardaş ölkə Türkiyədə "Super Aşik" adlanan albomunu təqdim etmişdi. Xəbəraz.az xəbər verir ki, pop star həmçinin Türkiyədə yeni fotosessiyaya imza atıb. Məşhur türkiyəli fotoqraf İlgar Oztürkün kamerası önünə keçən Damla, bir-birindən qlamur, ekstravaqant obraz yaratmağa müvəffəq olub. Çəkilişin əsas stilisti Burak Dahandır ki, onunla müğənninin xüsusi foto, video layihələr və obrazları yer alıb. Müğənninin saç düzümünü İsatore hazırlayıb. Damla "make up"ını Nuvitə həvalə edib. Fotolar “PhBomonti”studioda çəkilib. Qeyd edək ki, Damlanın yeni "Super Aşik" albomunda 7 mahnı yer alıb. Diskdə Türkiyənin ən məşhur simaları - Şehrazat, Altan Cetin, Ümit Sayin, Canan Sirel, Reşit Gözdamla kimi musiqiçilərin mahnıları var. Türkiyəli müğənni Damla yeni çıxan albomuna 2 Azərbaycan mahnısını da salıb. Albomda Azər Nəsibovun "Sahibi Sen" yeni bəstəsini və Aygün Kazımovanın"Düşün məni" mahnı da yer alıb.



Geri dön