Ana Sayfa > Karusel / Siyasət / Dünya > Daha bir ölkə səfirini Qətərdən geri çağırdı

Daha bir ölkə səfirini Qətərdən geri çağırdı


10-06-2017, 19:37. Yazar: Xeberaz



Niger hökuməti səfirini Qətərdən geri çağırdığını bəyan edib.


Xəbəraz.az trend-ə istinadən bildirir ki, Niger bu qərarını Qətərlə diplomatik münasibətləri dayandırmış ərəb ölkələri ilə həmrəylik olması ilə izah edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.
Geri dön