Ana Sayfa > Karusel / İbadət > Orucluq zamanı qidalandırıcı iynələr vurmaq və sistem keçirmək olarmı?

Orucluq zamanı qidalandırıcı iynələr vurmaq və sistem keçirmək olarmı?


10-06-2017, 19:26. Yazar: Xeberaz




Əvvəla, qeyd edək ki, oruclu şəxsə adi iynələrin vurulmasının heç bir maneçiliyi yoxdur. Məsələn, ağrıkəsici və müalicəvi iynələr orucu pozmaz.
Qidalandırıcı iynələr və sistem vurulmasına gəlincə, bu məsələdə ailmlər arasında fikir ayrılığı vardır. Ayətullahlar Məkarim Şirazi və Cəfər Sübhani qidalandırıcı iynələrin və sistemin orucu pozduğunu bildirirlər. Ayətullahlar Xamneyi və Şübeyri Zəncani ehtiyata görə bunların orucu pozduğuna fətva vermişlər.

Ayətullahlar Sistani və Nuri Həmədaninin fətvasına görə qidalandırıcı iynələri vurmaq və sistem köçürmək orucu pozmaz. Ayətullah Vəhid Xorasani qidalandırıcı iynələrdən istifadə icazəli bilir, sistemin isə ehtiyata görə orucu pozduğunu yazır.



Geri dön