Ana Sayfa > Karusel / Şou-Biznes > Abbasla Eltondan küsülü olmaları xəbərinə cavab

Abbasla Eltondan küsülü olmaları xəbərinə cavab


10-06-2017, 13:39. Yazar: Xeberaz


Əməkdar artist Abbas Bğırov və müğənni Elton Hüseynəliyev küsülü olmaları ilə bağlı xəbərlərə münasibət bildiriblər.
İfaçılar birlikdə "Lider maqazin" kamerası qarşısına keçərək dostluqlarından danışıblar.

E.Hüseynəliyev həmkarlarını mehriban olmağa çağırıb:

"Abbas yaxşı musiqiçi görəndə ona sevinir. Gözəl sənətkardır. Onun toylardakı performansına baxmışam, əladır. Diləyirəm ki, həmkarlarımız bizdən də mehriban olsunlar. İnsanlar bir-birini sevəndə bərəkət də olur".

Abbas da Eltonun ünvanına təriflər yağdırıb:

"Kimisə bəyənmirəmsə haqqında danışmıram. Elton elə musiqiçidir ki, onun qarşısında hər adam oxuya bilməz. Onu uzun illərdir tanıyıram, münasibətimiz yaxşıdır".
Geri dön