Ana Sayfa > Karusel / Siyasət / Dünya > “Natiq Əliyevin xidmətləri unudulmayacaq” - Ərdoğanın kürəkəni

“Natiq Əliyevin xidmətləri unudulmayacaq” - Ərdoğanın kürəkəni


9-06-2017, 20:09. Yazar: Xeberaz
“Natiq Əliyevin xidmətləri unudulmayacaq”


Türkiyənin Enerji və təbii sərvətlər naziri, həmçinin Rəcəb Tayyib Ərdoğanın kürəkəni Berat Albayrak Azərbaycanın energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı məktubu yayımlayıb.
Albayrak Natiq Əliyevə Allahdan rəhmət diləyib, yaxınlarına, ailəsinə, Azərbaycan və Türk xalqına başsağlığı verib.
Məktubda qeyd edilib ki, N.Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələrində çox faydalı rol oynamışdı:
“Onun Azərbaycanın enerji sektorunda etdiyi xidmətlər heç zaman unudulmayacaq. Onun xatirəsi ölkəmizdə də hörmətlə yad ediləcək”.
Qeyd edək ki, Natiq Əliyev bu gün müalicə aldığı İstanbulda vəfat edib.
Geri dön