Ana Sayfa > Karusel / Maraqlı / Foto-fakt > Müsəlman xanımlar üçün halal dırnaq boyası - FOTO

Müsəlman xanımlar üçün halal dırnaq boyası - FOTO


9-06-2017, 14:58. Yazar: Xeberaz



Müsəlman xanımlar üçün məxsusi istehsal olunan halal dırnaq boyası artıq satışa çıxmaq üzrədir.
 
Orly və Muslim.Girl.com-un ortaq əməkdaşlığı ilə hazırlanan bu dırnaq boyası tam təbii, zərərsiz maddələrdən hazırlanıb. Tərkibində arqan yağı, B5 və C vitaminləri var.
 
6 fərqli rəngdən ibarət olan bu dırnaq boyası kompleks şəkildə satışa çıxarılacaq.

Bildirək ki, bəzi din adamlarının fikrincə, dırnaq boyası günah, yaxud haram bir məhsul deyil. Ancaq qüsul və dəstəmaz alarkən dırnaqlara hava və su toxunmasına əngəl olur. Buna görə istifadəsi tövsiyə edilmir. Bu yeni dırnaq boyası isə dırnaqlara hava və su keçməsinə mane olmayacaq. 






Geri dön