Ana Sayfa > Karusel / Hadisə > Bakıda avtomobil dayanacağa çırpılıb Xəsarət alan var

Bakıda avtomobil dayanacağa çırpılıb Xəsarət alan var


9-06-2017, 13:21. Yazar: Xeberaz


Bakıda avtomobil dayanacağa çırpılıb, xəsarət alanlar var.
 
Suraxanı rayon Polis İdarəsindən apa-ya verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsində Bakı şəhər sakini Hüseyn Novruzovun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək dayanacağa çırpılıb. Nəticədə dayanacaqda olan üç nəfər – 1978-ci il təvəllüdlü Tahirə Mahruzova, 1986-cı il təvəllüdlü Həsən Əliyev və orta yaşlı kişi xəsarətlə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır. 
Geri dön