Ana Sayfa > Karusel / Maraqlı / M2 / Foto-fakt > Bu pulları çox yüksək qiymətə sata bilərsiniz - HAMIDA VAR - FOTOLAR

Bu pulları çox yüksək qiymətə sata bilərsiniz - HAMIDA VAR - FOTOLAR


9-06-2017, 13:17. Yazar: Xeberaz
Bu pulları çox yüksək qiymətə sata bilərsiniz - HAMIDA VAR - FOTOLAR
Son günlərdə sosial şəbəkələrdə əsginaslar üzərində gedən rəqabət gözəçarpacaq dərəcədə artıb. Əsginasların uzun illərdir davam edən alqı-satqısı yerli və xarici kolleksionerlərin sosial şəbəkələrdə aktivləşməsi ilə daha da gündəmə gəlib. 
Əsginasların minimal, maksimal satış qiymətləri, bu bazarda xarici kolleksionerlərin Azərbaycan pullarına olan marağı haqqında kolleksioner Ruslan Rəhimov bildirdi ki, son vaxtlar yerli vətəndaşlarla əcnəbilər arasında rəqabət güclənib:
“Əsginas kolleksionerliyi 100 ildən artıqdır ki, mövcuddur. Bu sadəcə günümüzün aktual mövzusu deyil. Son vaxtlar bu mövzunun gündəmə gəlməsinin səbəbi kolleksionerlərin sosial şəbəkələrdən aktiv istifadə etməsi olub. Əldə etdikləri kağız pulları sosial şəbəkələrdə paylaşaraq satmaq və ya dəyişdirmək istəkləri mövzunu bir az daha görünən edib. Eyni zamanda, kolleksionerlərin sosial şəbəkədəki aktivliyi digər insanların da bu mövzuya olan marağını artırır. Nəticədə ölkəmizdə kağız və dəmir pul yığanların sayında artım müşahidə edilir”.
R.Rəhimov ümumiyyətlə bu bazarda bütün əsginasların tək olduğunu bildirib:
Əslində, hər bir əsginas seriya nömrəsi diqqətə alındığında təkdir. Eyni əsginasların ikinci bir nüsxəsi olmur. Buna görə də kolleksionerin əldə etdiyi hər bir əsginas onlar üçün dəyərlidir. Ümumiyyətlə kağız pullar yığan kolleksionerlər üçün önəmli olan əsginasların dövriyyədə olmamasıdır. (Uncirculated - bonistika terminologiyasında UNC), yəni heç işlənilməmiş şax vəziyyətdə olan əsginaslar daha önəmlidir. A seriyalı pullara olan xüsusi marağın səbəbi isə dövriyyəyə buraxılan ilk pulların məhz bu seriya altında olmasıdır. Kolleksionerlər bu tip əsginaslara daha çox maraq göstərirlə. Əsginas yığan kolleksionerlər çalışırlar ki, yığdıqları, kolleksiyalarına daxil etdikləri pulların bütün seriyalarını əldə etsinlər. Məsələn, məndə 1992- 2001-ci illərə aid milli pulların çoxunun bütün seriyaları var. Onları toplamaq çətin olsa da, hamısını əldə etmişəm. Bundan başqa, bəzi kolleksionerlər cüt rəqəmli pullara daha çox maraq göstərir. Şəxsən mən özüm buna elə də önəm verməsəm də, kolleksiyamda bəzi cüt rəqəmli və ya seriyanın tamamının eyni rəqəmdən ibarət olduğu əsginaslar var. Düşünürəm ki, əsginasın hansısa seriyada olmasından daha çox, kolleksiyaya UNC vəziyyətdə daxil olması daha önəmlidir”.

R.Rəhimovun fikrincə, əsginasların alqı-satqısı üçün ən etibarlı yer İçərişəhərdə yerləşən Num.az mağazasıdır:
“Azərbaycanlı kolleksionerlərin sosial şəbəkələrdə əsginas mübadiləsi əsasən müəyyən qapalı qruplarda gerçəkləşdirilir. Bundan əlavə, Azərbaycan Filatelistlər İttifaqı üzvlərinin həftədə iki dəfə yığışdığı klubda da əsginasların alqı-satqısı reallaşdırılır. Şəhərimizdə bonistika, numizmatika və faleristika mövzusunda professional fəaliyyət göstərən yegənə etibarlı məkan İçərişəhərdə yerləşən Num.az mağazasıdır. Bu işə marağı olan insanların mütləq surətdə o mağazaya baş çəkməsini tövsiyə edirəm”.
O, xarici kolleksionerlərin Azərbaycan pullarına kifayət qədər maraq göstərdiyini deyib:
“Şəxsi müşahidələrimə görə, onu deyə bilərəm ki, xarici kolleksionerlər Azərbaycan pullarına kifayət qədər maraq göstərir. Bu mövzuda xarici ölkələrdən mənə və digər kolleksioner dostlarıma dəfələrlə müraciətlər olub. Bu mövzuda tez-tez müraciət edirlər.
Kolleksiyaların minimal, maksimal satış qiymətləri standart deyil. Əsginasların qiymətləri onların saxlanıldığı vəziyyətə, çap tarixlərinə və nadir tapılan nüsxələinə görə dəyişir. Bu bazarda siz bir manata satılan əsginaslar da görə bilərsiz, 500 manata satılan da”.
R.Rəhimov bildirir ki, bu sahədə aldanmaq istəməyən hər bir şəxs mənbənin etibarlılığına mütləq diqqət eləməlidir:
“Uzun illər kolleksiya toplayan insanlar pulu görən kimi bilir ki, bu pul saxtadır, ya yox. Bunu belə izah etmək olmur. Sadəcə, hamı bilir ki, hər bir əsginasın özünə məxsus qoruyucu nişanları var. Əsl əsginası saxta əsginasdan ayırd etməkdə ən önəmli faktor məhz budur. Bu nişanların hansı formada olmasını, əsginasın üzərində necə yerləşdirildiyini bilmək vacibdir. Əsl əsginası saxta əsginasdan ayırd etmək ən önəmli faktor məhz budur. Bundan başqa, əsginazların qoruyucu elementlərini (müdafiə nişanlarını) yoxlamaq üçün xüsusi aparatlar mövcuddur. Lakin, yaşı 1 əsrdən çox olan əsginaslar var ki, onların qoruyucu elementləri (buna müdafiə nişanları) olmur. Bu tipli əsginasların saxta olub-olmamasını müəyyən etmək üçün isə müəyyən qədər təcrübə tələb edilir. Bəzən kolleksionerlər sosial şəbəkələrdə əsginasların bir şəklini qoyur, lakin göndərəndə tamamilə başqa əsginas göndərir. Belə saxtakarlıqlar əsasən xarici saytlarda müşahidə edilir. Ona görə də, istər onlayn, istərsə də başqa cür əsginas mübadiləsi zamanı etibarlı insanlara müraciət etmək vacibdir.
Kolleksionerlər əsginasları heç də ucuz qiymətə almır. Bayaq dediyim kimi bazarda, əsginaslar nə qədər yaxşı vəziyyətdədirsə, bir o qədər də baha qiymətə satılır. Mən əsginaslarımı xüsusi albomlarda saxlayıram. Ümumiyyətlə əsginaslar mümkün qədər nəmdən qorunmalıdır. Qapalı şəkildə qorunulması təbii ki, tozlu və görünüşünə xələl gələcək şəkildə saxlanılmasından qat-qat yaxşıdır. Əks halda əsginaslar çirklənə, habelə müəyyən xəstəliklər yarada bilər. Məsələn, hüceyrəzədələyici göbələklər əsginasları məhv edə bilər".
(publika)




Geri dön