Ana Sayfa > Karusel / İdman > “Mançester Yunayted” İbrahimoviçlə bağlı qərarını verdi

“Mançester Yunayted” İbrahimoviçlə bağlı qərarını verdi


8-06-2017, 20:34. Yazar: Xeberaz


“Mançester Yunayted” Zlatan İbrahimoviçlə müqavilə uzatmaqdan imtina edib. apasport.az saytının məlumatına görə, bu barədə “SKY Sports” xəbər yayıb.

 
Bildirlib ki, “manukunianlar” isveçli ilə əməkdaşlığı davam etdirməkdə deyil. Buna səbəb İbranın sağ ayağında xaçvari bağların qırılmasıdır. Zədə səbəbindən 8-9 ay yaşıl meydanlardan kənarda qalacaq oyunçu özü də Mançesterə qayıtmaq istəmir.
 
Qeyd edək ki, ötən mövsümün əvvəlində “qırmızı şeytanlar”la anlaşan İbrahimoviç bir illik müqavilə imzalamışdı.


Geri dön