Ana Sayfa > Karusel / Gündəm > 35 dərəcə isti olacaq

35 dərəcə isti olacaq


8-06-2017, 13:32. Yazar: Xeberaz




Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq.

"Xəbəraz.az"
a daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24
dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 09-10-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Geri dön