Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Ermənilər daha bir Azərbaycan xalq mahnısını özününküləşdirdilər – VİDEO

Ermənilər daha bir Azərbaycan xalq mahnısını özününküləşdirdilər – VİDEO


24-06-2015, 19:13. Yazar: Xeberaz
Ermənilər daha bir Azərbaycan xalq mahnısını özününküləşdirdilər – VİDEO
“Dur danaqı - ver bıçağı, xndzor qisem - alma bölüm”.

Dəfələrlə Azərbaycanın maddi-mədəni irsinə aid nümunələri öz adına çıxarmaqla məşğul olan ermənilər bu dəfə məşhur xalq mahnımız, dillər əzbəri olan “Ay qız kimin qızısan?” mahnısını özününküləşdirib.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, bu günlərdə erməni telekanallarından birində yayımlanan verilişdə bu mahnı erməni mahnısı kimi təqdim edilib.

Özünü professor kimi təqdim edən veriliş aparıcılarından biri isə tamaşaçılara mahnıdakı “dilim-dilim” sözünün qədim erməni sözü olduğunu elan edib.

Bu barədə Facebook-dakı şəxsi profilində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Erməni araşdırma mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi bildirib.

İsmayıl Tanrıverdinin bildirdiyinə görə, mahnının sözləri isə aşağıdakı kimi təqdim olunub:

“Dur danaqı - ver bıçağı, xndzor qisem - alma bölüm, dam yarın - verim yarıma, dilim-dilim -- dilim-dilim”.


Geri dön