Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Yenilənib + Fotolar
Dəhşətli qəzada ölən məktəblilər dərsdən qaçıbmış - Yenilənib + Fotolar7-06-2017, 17:40. Yazar: Xeberaz |
Bu gün Lənkəran Liman şəhərində ağır yol qəzası baş verib. Məlumata görə, qəzada iki məktəbli ölüb. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. *** APA-nın məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində Ələt- Astara magistralında qeydə alınıb. “Mercedes” markalı, 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan Səfərov Kənan Adil oğlu və Səfərov Xalid Xaliq oğlu ölüb. *** "Qafqazinfo"ya hadisə şahidlərinin məlumatına görə, Kənanla Xalid bu gün məktəbə getsələr də, dərsdən qaçıblar. Hadisə də o zaman baş verib. Hər iki şagird İlqar Mahmudov adına Liman şəhər 1 saylı orta məktəbində təhsil alırmış. Qəza zamanı sükan arxasında Kənan Səfərov olub. Fotoda: Səfərov Xalid Geri dön |