Ana Sayfa > Karusel / Siyasət / Dünya > BƏƏ-dən sərt qərar — Qətərin siyasətini dəstəkləyənləri 15 il həbs gözləyir

BƏƏ-dən sərt qərar — Qətərin siyasətini dəstəkləyənləri 15 il həbs gözləyir


7-06-2017, 12:54. Yazar: Xeberaz



Birləşmiş Ərəb Əmirlikləri Qətərin siyasəti ilə həmrəy olduğunu nümayiş etdirən vətəndaşlarını cəzalandıracaq.


Qətərin siyasətini dəstəkləyən BƏƏ vətəndaşlarını 15 illik həbs cəzası gözləyir. Bundan əlavə, bu şəxslər 135 min dollar məbləğində cərimə ödəyəcəklər. Bu barədə BƏƏ-nin baş prokuroru məlumat verib.
 
Məlumatda deyilir: "Qətərin siyasəti ilə həmrəy olduğunu nümayiş etdirənlər və bu ölkəyə qeyri-obyektiv yanaşanlara qarşı sərt və qərarlı addımlar atılacaq. Eyni zamanda BƏƏ-nin mövqeyinə qarşı çıxış edənlər də bu siyahıya daxildir. Bu çıxışlar sosial şəbəkələrdə, istənilən yazılı formada, vizual və şifahi formada da ola bilər".
Geri dön