Ana Sayfa > Karusel / Hadisə > Yaralanan 11 fəhlədən 4-ünün adı məlum oldu

Yaralanan 11 fəhlədən 4-ünün adı məlum oldu


6-06-2017, 23:56. Yazar: Xeberaz
Yaralanan 11 fəhlədən 4-ünün adı məlum oldu


Quba rayonunda “QAZel” markalı avtomaşının aşması nəticəsində ağır yaralanan dörd nəfərin adı məlum olub.
“Xəbəraz.az” azərtac-a istinadən xəbər verir ki, sürücünün idarəetməni itirməsi nəticəsində aşan avtomaşında yaralanan 11 fəhlə Dəlləkli kəndindəki bağlardan birindən gilas yığmağa gedirlərmiş.
Yaralılar dərhal Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 7-si ilkin müayinədən sonra evə buraxılıb. Rayonun Bağbanlı kənd sakinləri Piriyeva Rahilə Yusif qızı, Qocayeva Faizə Nizam qızı, Zərdabi qəsəbəsinin sakini Paşayeva Seylan Telman qızı və Qusar rayonunun Cağar-palasa kənd sakini Balahmədova Larisa Soltanqulu qızının xəsarətləri isə ciddi olduğundan stasionar müalicəyə cəlb olunublar. Onlardan ikisinin vəziyyəti orta ağır, birinin vəziyyəti isə ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Geri dön