Ana Sayfa > Karusel / Səhiyyə > Kələmin inanılmaz FAYDALARI
Kələmin inanılmaz FAYDALARI6-06-2017, 14:12. Yazar: Xeberaz |
Vitaminlərlə, kalium, kalsium, kükürd, dəmir, mis və maqneziumla zəngin olan kələmin tərkibində xərçəng hüceyrələrinin çoxalmasını əngəlləyən kimyəvi bir maddə var. Kələmin faydaları: Bədənin gücünü artırır, immuniteti gücləndirir, mikrobları öldürür, süd vəzisi, uşaqlıq və bağırsaq xərçəgi olmaqla, xərçəngə qarşı qorunmaq üçün güclü bir vasitədir. Qan azlığı olanlara və astma xəstələrinə xeyirlidir. Öskürəyi kəsir, bəlğəmi azaldır. İştahanı açır. Sidik gətiricidir və qəbizliyi aradan qaldırır. Revmatizma şikayətlərini azaldır. Çiy kələm və kələm suyu xoraya qarşı, əsasən də mədəxorasına qarşı qoruyucu və yaxşılaşdırıcı qüvvəyə malikdir. Qandakı şəkəri tənzimləyir. Səsin batmasına qarşı da istifadə edilə bilər. Sarılıq və öd kisəsi xəstəliklərinə qarşı da faydalıdır. İstifadəsi: Kələm adətən yeməklərdə bişmiş halda istifadə olunur. Eyni zamanda çiy və turşu kimi də qəbul edilir. Həmçinin sıxılıb suyu da çıxardıla bilər. Qaynadılmış kələmin suyu soyuqdəyməyə və öskürəyə qarşı xeyirlidir. Kələmin toxumları qurd tökmək üçün faydalıdır. Yumurta ilə qarışdırılıb məlhəm halına gətirildikdən sonra yanıqlara sürtdükdə xeyrini görmək olar. Kələm suyu dəriyə canlılıq verir, sızanaqlı üzlər üçün də xeyirlidir. Əks təsiri: Kələmin heç bir əks təsiri yoxdur. Lakin, çiy yedikdə bəzən mədədə həssas şişlik yaradır. Belə halda 1 stəkan zirə çayı içmək rahatlıq verər. Tərkibində fosfat və kalium olan gül kələmi qadınları süd vəzisi xərçəngindən qoruyur. Mütəxəssislər bildirirlər ki, gül kələminin tərkibində olan bol fosfor və vitaminləri, cinsiyyət hormonu, bol E vitamini və zülalla cinsi gücü artırır, ürək rahatsızlıqlarının qarşısını alır. Sinirləri və beyini yaxşı işlədir, onların zəifləməsinin qarşısını alır. Gül kələminin yeyilən hissəsi baş tərəfində olan çiçəkləridir. Ən məsləhətli olan başı sıx olanlardır. Payızlıq gül kələminin başı orta irilikdə, sıx və ağ çiçəkli olur. Qışlıq gül kələminin başı iri, sıx və ağ çiçəkli, mart gül kələminin başı isə kiçik, sıx və ağ çiçəkli olur. Yumşaq başlı və sarımtıl çiçəkli gül kələmləri isə məsləhətli deyil. Gül kələmindən şorba, qızartma və salatlar hazırlanır. Qida tərkibi: 100 qram gül kələminin tərkibində olan qida dəyərlərini belə sıralamaq olar: 27 kalori, 2.7 qr zülal, 5.2 qr karbohidrat, 0 xoles-terol, 0.2 qr yağ, 1 qr lif, 56 mqr fosfor, 21 mqr kalsium, 0.7 mqr dəmir, 295 mqr kalium, 60 IU A vi-tamini, 0.09 mqr B1 vitamini, 0.08 mqr B2 vitamini, 0.6 mqr B3 vita-mini və 55 mqr C vitamini. Faydası
Geri dön |