Ana Sayfa > Karusel / Gündəm / Foto-fakt > Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTO

Bakıda üzərində PKK-nın bayrağı və “Kürdüstan” xəritəsi olan hərbi geyimlər satılır – FOTO


6-06-2017, 13:30. Yazar: Xeberaz



Bakıda Sədərək Ticarət Mərkəzində üzərində “Kürdüstan”ın xəritəsi və PKK terror təşkilatının bayrağı əks olunan maykalar satılır.


Xəbəraz.az avropa.info-ya istinadən xəbər verir ki, etiketlərində Türkiyədə istehsal olunduğu qeyd edilən maykalar hərbi geyim formasında tikilib. Ehtimal olunur ki, bu maykalar ya Türkiyədə kustar üsullarla istehsal olunub, ya da başqa bir yerdə tikilərək üstünə Türkiyə etiketləri vurulub. Bu maykaların hansı yolla Azərbaycana gətirildiyi bilinmir.
Üzərində “Böyük Kürdüstan” yazılan bu geyimlərdəki xəritədə Türkiyə, İraq, Suriya və İranın bir hissəsinə iddia edilir. 






Geri dön