Ana Sayfa > Karusel / Şou-Biznes > “Maşın şou": Fərda Üzeyirin niyə getdiyini açıqladı

“Maşın şou": Fərda Üzeyirin niyə getdiyini açıqladı


6-06-2017, 12:21. Yazar: Xeberaz


Aktyor Fərda Xudaverdiyev iştirakçısı olduğu “Maşın” şousundan danışıb.
Aktyor heç bir qruplaşmada yer almadığını deyib.
 
O bildirib ki, hədəfi avtomobili udmaqdır:
 
“Sırf bu maşından danışmaq istəyirəm, heç bir qrupda yoxam. Bu günə kimi bir qrupum olub, o da universitetdə. Düşərsiz otaqdayam. Ora bir dəfə Üzeyir Mehdizadə gəldi, o da getdi. Mənim qarşımda, maşının uc hissəsində kim dayanırsa, hamı bir-bir gedir. Üzeyir, Kənan orda dayanandan sonra getdi. Necə başlamışam, oyuna o cür də davam edəcəm. Mənə maşın vacibdir. Bir də çalışıram heç kimlə münasibətim pozulmasın”.
 
Qeyd edək ki, ötən gün şoudan jurnalist Vüqar Vüqarlı gedib.







Geri dön